Məzahir Pənahov: “Sosial şəbəkə bizim səlahiyyətimizə aid olan məsələ deyil”

Məzahir Pənahov: “Sosial şəbəkə bizim səlahiyyətimizə aid olan məsələ deyil”
# 16 sentyabr 2013 11:49 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. “Sosial şəbəkələrdə seçki təşviqatı məsələsinin məhdudlaşdırılması, ümumiyyətlə, buna nəzarət mexanizmi mümkün deyil”.


APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib ki, bununla bağlı Seçki Məcəlləsində hər hansı qayda yoxdur: “Sosial şəbəkə bizim səlahiyyətimizə aid olan məsələ deyil, amma bu o demək deyil ki, sosial şəbəkələr istədiklərini etməlidirlər”.

Prezidentliyə namizədlərin əmlakının açıqlanması ilə bağlı sualı da cavablandıran M. Pənahov bildirib ki, prezidentliyə namizədlərin əmlakı və maliyyə bəyannaməsi barədə məlumatlar ictimaiyyət üçün açıqdır. Onun sözlərinə görə, kim istəyərsə bu barədə MSK-ya müraciət edib məlumat ala bilər. Bununla bağlı heç bir problem yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR