Hərbi Nəşriyyatının rəisi: “İşdən çıxarılmağım barədə məlumatlar yalandır”

Hərbi Nəşriyyatının rəisi: “İşdən çıxarılmağım barədə məlumatlar yalandır”
# 13 noyabr 2013 08:12 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatının rəisi işdən çıxarılması barədə xəbərləri təkzib edib. Bu barədə APA-ya açıqlama verən polkovnik Pənah Abdullayev bu barədə mətbuatda yayılan məlumatların doğru olmadığını deyib: “Yalan məlumatlardır, inanmayın”.

Qeyd edək ki, bəzi KİV-də müdafiə naziri, general-polkovnik Zakir Həsənovun imzaladığı əmrlə Hərbi Nəşriyyatın rəisi polkovnik Pənah Abdullayev tutduğu vəzifədən azad edilməsi barədə məlumatlar yayılıb.

Onu da əlavə edək ki, P. Abdullayev uzun müddətdir hərbi sahədə çalışır. O, əvvəllər bir neçə rayonun hərbi komissarı olub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR