Bu ilin dekabrında Azərbaycan müəllimlərinin qurultayı keçiriləcək

Bu ilin dekabrında Azərbaycan müəllimlərinin qurultayı keçiriləcək
# 07 oktyabr 2013 09:07 (UTC +04:00)

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, növbəti qurultay milli təhsilin inkişaf dinamikasını nümayiş etdirəcək. Qurultayda ötən illər ərzində həyata keçirilən bir çox layihələr nəticəsində ümumi orta, peşə, orta ixtisas və ali təhsil sistemində nəzərə çarpacaq irəliləyişlər barədə ətraflı məlumat verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan müəllimlərinin qurultayı 5 ildən bir keçirilir. Müəllimlərin XIII qurultayı 2008-ci il sentyabrın 22-də keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR