Azərbaycanda ağır yol qəzası baş verib, iki nəfər ölüb, bir ailənin dörd üzvü xəsarət alıb - VİDEO

Azərbaycanda ağır yol qəzası baş verib, iki nəfər ölüb, bir ailənin dörd üzvü xəsarət alıb - <span style="color: red;">VİDEO
# 30 sentyabr 2013 07:20 (UTC +04:00)

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. İki “Jiquli” markalı avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb. Ölənlərin adları dəqiqləşdirilir.

Qəza nəticəsində həmçinin bir ailənin dörd üzvü – 36 yaşlı Eldəniz Behbudov, onun həyat yoldaşı, 30 yaşlı Pərvanə Behbudova, onların övladları, 10 yaşlı Kənan və 13 yaşlı Tərgül ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR