ABŞ prezidenti Barak Obama respublikaçı konqresmenlərlə razılığa gələ bilməyib

ABŞ prezidenti Barak Obama respublikaçı konqresmenlərlə razılığa gələ bilməyib
# 11 oktyabr 2013 07:16 (UTC +04:00)

Bakı – APA. ABŞ prezidenti Barak Obamanın respublikaçı konqresmenlərlə görüşü dövlət müəssisələrinin və dövlət borcunun ən yüksək həddinin maliyyələşdirilməsi probleminin həllinə gətirib çıxarmayıb.

APA_nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Buna baxmayaraq, ABŞ prezidenti danışıqlarda irəliləyiş əldə olunacağına ümid edir.

Qeyd edək ki, respublikaçıların çoxluq təşkil etdiyi Konqresin Nümayəndələr Palatası Obamanın ən mühüm təşəbbüslərindən olan səhiyyə islahatının reallaşdırılmasının təxirə salınması və ya ləğv olunması haqqında müddəa olmayan büdcəni qəbul etməkdən imtina edib. Bu səbəbdən oktyabrın 1-dən başlayan yeni maliyyə ilindən dövlət müəssisələrinin maliyyələşdirilməsi dayandırılıb. Konqres həmçinin hazırda 16,7 trln. Dolar təşkil edən borclanma limitini artırmaqdan imtina edib. Oktyabrın 17-dək bu limit artırılmasa, ABŞ-ı defolt gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR