Bakıda mənzildən 82 yaşlı qadının meyiti tapılıb

Bakıda mənzildən 82 yaşlı qadının meyiti tapılıb
# 18 iyun 2014 13:11 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda mənzildən meyit tapılıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1932-ci il təvəllüdlü Həkinskaya Sürəyya mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin eyvanına qonşu mənzilin eyvanından keçərək içəri daxil olublar. Mənzilə baxış keçirilərkən S.Həkinskaya huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində S.Həkinskayanın vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR