Bakıda hərbçi bıçaqlanıb

Bakıda hərbçi bıçaqlanıb
# 16 mart 2013 10:33 (UTC +04:00)

Bakı. Hafiz Heydərov-APA. Bakıda hərbçi bıçaqlanıb. Bu barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən bildirilib.

Hadisə ötən gecə Xocasən qəsəbəsində qeydə alınıb. “N” saylı hərbi hissənin giziri Anar Şirəliyev naməlum şəxslər tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarış tədbirlərini davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR