Azad Rəhimov Sumqayıtda vətəndaşları qəbul edib - FOTO - VİDEO

Azad Rəhimov Sumqayıtda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 25 sentyabr 2014 08:44 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova – APA. Gənclər və idman naziri Azad Rəhimov sentyabrın 25-də Sumqayıt şəhərində vətəndaşları qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, qəbulda Sumqayıt şəhəri ilə yanaşı, Abşeron, Qobustan, Xızı və Şamaxıdan olan vətəndaşlar iştirak edib.

30-dək vətəndaşın iştirak etdiyi qəbulda müraciətlərin böyük qismi idman sahəsi ilə bağlı olub.

Müraciətlərdə idman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplekslərinin, idman qurğularının tikintisi və təmiri əksini tapıb.

Gənclər sahəsi üzrə edilən müraciətlər isə Qeyri-Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, gənclərin asudə vaxtının səmərəli təşkili, yay istirahət düşərgələri ilə bağlı olub.

Müraciətlər sırasında İpoteka kreditlərinin verilməsi, işlə təminat və şəxsi məsələlər də qeydə alınıb.

Bir sıra müraciətlər yerində həllini tapıb, araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR