Azərbaycan dili “Gmail” poçt xidmətinə inteqrasiya edilib

Azərbaycan dili “Gmail” poçt xidmətinə inteqrasiya edilib
# 08 iyul 2014 10:24 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan dili “Google” korporasiyasının elektron poçtu olan “Gmail” xidmətinə inteqrasiya edilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə daxil olan məlumata görə, “Gmail” ailəsinə qoşulmuş yeni 13 dil arasında Azərbaycan dili də var.

Bundan başqa, siyahı afrikaans, erməni, çin (Honkonq), fransız (Kanada), qalisiya, gürcü, kxmer, laos, monqol, nepal, sinqal və zulu dilləri ilə genişləndirilib.

Bütün 13 dil artıq “Gmail” poçt servisinin veb-versiyalarında və smartfon üçün əlavələrində təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR