Balakəndə avtomobil atı vurub, 11 yaşlı uşaq ağır xəsarət alıb - VİDEO

Balakəndə avtomobil atı vurub, 11 yaşlı uşaq ağır xəsarət alıb - <span style="color: red;">VİDEO
# 10 sentyabr 2014 09:51 (UTC +04:00)

Balakən rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Talalar kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü, Balakən rayonunun Qullar kənd sakini Teymur Oqtay oğlu Məmmədteyev idarə etdiyi “VAZ 21074” markalı, 08 BF 149 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən yolun kənarı ilə hərəkət edən atı vurub.

Atın belində olan Qullar kənd sakini, 2003-cü il təvəllüdlü Mahmud Elxan oğlu Novruzov müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Mahmud Novruzovun üzərində cərrahiyə əməliyyatı aparılıb və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir. Əməliyyat zamanı 11 yaşlı uşağın dalağı çıxarılıb. Faktla bağlı Balakən rayon PŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

Məlumatda bildirilir ki, 11 yaşlı Mahmud Novruzov at belində Talalar kəndindən yaşadığı Qullar kəndinə evə gedirmiş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR