Azərbaycan yığmasının Dünya kubokunda rəqibləri müəyyənləşib

Azərbaycan yığmasının Dünya kubokunda rəqibləri müəyyənləşib
# 18 fevral 2013 15:32 (UTC +04:00)

Bakı – APA. Fevralın 19-da İranın paytaxtı Tehranda start götürəcək yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kubokunun püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması Türkiyə, İran, Qazaxıstan və Macarıstanla birgə B qrupunda yer alıb. A qrupunda isə Rusiya, Bolqarıstan, Belarus, Koreya və Ermənistan komandaları mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan güləşçiləri ilk görüşünü Türkiyə yığmasına qarşı keçirəcək. Görüşlər Bakı vaxtı ilə səhər saat 10.00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR