ADP İdarə Heyətinin toplantısı keçirilib

ADP İdarə Heyətinin toplantısı keçirilib
# 18 fevral 2013 13:51 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.

İdarə Heyəti ilk növbədə Rumıniya parlamentinin Xocalı faciəsinin tanınmasını, eyni zamanda həm BMT-nin Təhlükəsizlik Şurasının qərarlarının, həm də Xocalıda günahsız mülki əhaliyə qarşı törədilən soyqırımın beynəlxalq cinayət kimi tanınmasını tələb etməsini yüksək qiymətləndirib. Partiya hakimiyyəti bu addımların beynəlxalq səviyyədə davam etdirilməsi istiqamətində səylərini artırmağa çağırıb.

İdarə Heyəti üzvləri ölkə prezidentinin kadr dəyişiklikləri ilə bağlı növbəti sərəncamlarına da münasibət bildirib.

Toplantının sonunda partiyanın cari fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR