Xaçmazda həyat yoldaşı və oğlunu silahla hədələyən şəxs tutulub

Xaçmazda həyat yoldaşı və oğlunu silahla hədələyən şəxs tutulub
# 01 sentyabr 2014 11:37 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Xaçmaz sakini oğlunu və həyat yoldaşını ölümlə hədələyib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 31-də Xaçmaz rayonunun Yaqub-oba kənd sakini Bihi Butayeva Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək həmin gün əri Cəbrayıl Butayevin ov tüfəngi ilə onu və oğlu Rövşəni öldürəcəyi ilə hədələdiyini bildirib.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sərxoş halda olan C. Butayev saxlanılıb və ondan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR