Təhsil naziri Mikayıl Cabbarov Kürdəmirdə vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov Kürdəmirdə vətəndaşları qəbul edəcək
# 06 yanvar 2015 12:33 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil naziri Mikayıl Cabbarov yanvarın 12-də Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində Kürdəmir, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayon sakinlərini qəbul edəcək.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, qəbula gəlmək istəyən vətəndaşlar 6, 7, 8 və 9 yanvar 2015-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyatı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR