Ümumrusiya Azərbaycan Konqresi Mərkəzi Şurasının iclası keçirilir - FOTO

Ümumrusiya Azərbaycan Konqresi Mərkəzi Şurasının iclası keçirilir - <span style="color: red;">FOTO
# 05 fevral 2013 09:29 (UTC +04:00)

APA-nin Moskva müxbirinin verdiyi məlumata görə, “Prezident Hotel”də keçirilən iclasda konqresin prezidenti Məmmədbağır Əliyev və konqresin Rəyasət Heyətinin üzvləri – Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Sankt-Peterburqdakı baş konsul Qüdsi Osmanov, İTAR-TASS Agentliyinin baş direktorunun müavini Mixail Qusman və Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri iştirak edirlər.

Toplantını giriş sözü ilə açan ÜAK prezidenti M. Əliyev konqresin Rəyasət Heyətinin iclasının keçirildiyini və növbədənkənar qurultayın keçirilməsini müzakirə etdiklərini söyləyib: “Fikirlər müxtəlif oldu. Müxtəlif mövqelər səsləndi. Qərara gəldik ki, növbədənkənar qurultay keçirək. Qurultayın vaxtı yaxın vaxtlarda müəyyənləşəcək. Qurultayda Nizamnaməyə dəyişikliklər olacaq".

Daha sonra ÜAK İcra Aparatının rəhbəri Nemət Nağdəliyev hesabatla çıxış edib. O, sonuncu qurultaydan bu günə qədər konqresin gördüyü işlərdən danışıb.

Mərkəzi Şuranın iclası davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR