Almaniya mətbuatı: “ATƏT Ukrayna-Rusiya sərhədini pilotsuz təyyarələrlə müşahidə edəcək”

Almaniya mətbuatı: “ATƏT Ukrayna-Rusiya sərhədini pilotsuz təyyarələrlə müşahidə edəcək”
# 26 iyul 2014 11:02 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Ukraynanın şərqindəki vəziyyəti nəzarətə almaq məqsədi ilə Ukrayna-Rusiya sərhədinə ezam olunan ATƏT-in müşahidəçi missiyası pilotsuz təyyarələrdən istifadə edəcək.

APA-nın “İTAR-TASS”a istinadən verdiyi məlumata görə, bu barədə “Frankfurter Rundschau” qəzeti yazıb. Bildirilir ki, aparatların çatdırılması üzrə tender iyulun 25-də başa çatıb.

ATƏT-dəki mənbələrinə istinadən məlumat yayan alman qəzeti qeyd edib ki, kəşfiyyat xarakterli pilotsuz təyyarələr bölgədəki vəziyyəti daha yaxşı öyrənməkdə ATƏT-in işini asanlaşdıracaq.

Qəzetdə yazılanlara görə, ATƏT-in istifadə edəcəyi pilotsuz uçuş aparatları 10 kilometr məsafədən hərəkət edən obyektləri, 2 kilometr məsafədən isə hətta avtomobil nömrələrini qeydə ala bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR