İsveçrə Azərbaycanda kənd təsərrüfatı sahəsində peşə təliminin təşkili istiqamətində əməkdaşlığın yaradılmasını təklif edib

İsveçrə Azərbaycanda kənd təsərrüfatı sahəsində peşə təliminin təşkili istiqamətində əməkdaşlığın yaradılmasını təklif edib
# 16 fevral 2013 07:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil naziri Misir Mərdanov İsveçrənin Azərbaycandakı səfiri Sabine Ulmann Şaban, İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatının Cənubi Qafqaz üzrə regional direktorunun müavini Matias Feldman ilə görüşüb.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, görüşdə M.Mərdanov ötən ilin dekabrında rəhbərlik etdiyi nümayəndə heyətinin İsveçrəyə səfəri barədə ətraflı məlumat verib. Təhsil naziri İsveçrənin təhsil və tədqiqat Məsələləri üzrə dövlət katibinin Azərbaycana dəvət olunduğunu da qeyd edib. Təhsil Nazirliyinin nəzdindəki 6 saylı məktəb-liseydə Beynəlxalq Bakalavriat Proqramı üzrə tədrisə başlandığını söyləyən M.Mərdanov bu məktəb-liseylə İsveçrənin müvafiq ümumi təhsil müəssisəsi arasında «Qardaşlaşmış məktəblər» layihəsi çərçivəsində əlaqələrin yaradılması təklifini irəli sürüb.

İsveçrə səfiri Sabine Ulmann Şaban peşə təhsili sahəsində əməkdaşlığın yaradılması məsələsinə də toxunub. İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatının Cənubi Qafqaz üzrə regional direktorunun müavini Matias Feldman peşə təhsili üzrə əlaqələrin qurulması, xüsusilə kənd təsərrüfatı sahəsində peşə təliminin təşkili istiqamətində əməkdaşlığın yaradılması təklifi ilə çıxış edib. Qonaq müvafiq işin fermerlərin xidmət səviyyəsinin artırılmasına, kənd təsərrüfatı sektorunda çalışan insanların təhsilə cəlb edilməsinə, ümumilikdə kənd təsərrüfatı sahəsinin inkişafına təkan verəcəyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR