Tovuzda avtomobil təmiri sexi yanıb

Tovuzda avtomobil təmiri sexi yanıb
# 21 avqust 2014 01:16 (UTC +04:00)

Bakı-APA. Tovuz rayonunda avtomobil təmiri sexində yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Tovuz rayonu, Məşədilər kəndində vətəndaşa məxsus ümumi sahəsi 18 kv.m olan avtomobil təmiri sexinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 21:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR