Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb

Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb
# 29 sentyabr 2014 08:41 (UTC +04:00)

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə sentyabrın 28-də Bakı-Qazax yolunun Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yevlax rayon sakini Sənan Paşayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyadanı vuraraq öldürüb.

Piyadanın kimliyi isə hələlik istintaqa məlum deyil. Həmin şəxsin 40-45 yaşlarında kişi olduğu bildirilir. Hazırda onun meyiti Şirvan şəhər Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzində saxlanılır.

BDYPİ-nin istintaq idarəsi tərəfindən cinayət işi açılıb və ölən şəxsin kimliyi istiqamətində araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR