Çempionlar Liqasının 1/8 final mərhələsində “Bavariya” ilə “Portu” qələbə qazanıb

Çempionlar Liqasının 1/8 final mərhələsində “Bavariya” ilə “Portu” qələbə qazanıb
# 19 fevral 2013 22:58 (UTC +04:00)

Bakı-APA. Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, “Arsenal” “Bavariya” ilə “Portu” isə “Malaqa” ilə qarşılaşıb.


Baş tutan görüşlərdən ən maraqlısı Londonda qeydə alınıb.

Fasiləyə 0:2 hesablı məğlubiyyətlə yollanan “Arsenal”, ikinci yarıda vurulan qollardan birinin əvəzini çıxıb. Hesab arasındakı fərqin azalmasına baxmayaraq “Bavariya” meydan sahiblərini daha bir dəfə də mərkəzdən başlamağa məcbur edib – 1:3. Beləliklə, “Bavariya” cavab matçı öncəsi səfərdən sərfəli nəticə ilə qayıdıb.

“Malaqa” - “Portu” qarşılaşmanın taleyini isə 1 qol həll edib. 56-cı dəqiqədə Joao Moutinyonun vurduğu top portuqaliyalılara minimal hesablı qələbə qazandırıb.

19 fevral

“Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya) - 1:3

Qollar: Lukaş Podolski, 55 - Toni Kross, 7, Tomas Müller, 21, Mario Mandjukiç, 77

“Portu” (Portuqaliya) – “Malaqa” (İspaniya) - 1:0

Qol: Joao Moutinyo, 56

Qeyd edək ki, 1/8 final mərhələsinin son 2 oyunu – “Milan” (İtaliya) – “Barselona” və “Qalatasaray” (Türkiyə) – “Şalke” (Almaniya) matçları bu gün keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR