Pənah Hüseyn: “İctimai Palata yaxın iki ay ərzində kütləvi aksiyalara başlamaq barədə qərar verəcək”

Pənah Hüseyn: “İctimai Palata yaxın iki ay ərzində kütləvi aksiyalara başlamaq barədə qərar verəcək”
# 04 avqust 2012 09:48 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Hesab edirəm ki, yaxın iki ay ərzində İctimai Palata kütləvi aksiyalara başlanması ilə bağlı qərar verəcək və qərarını icra edəcək”.

Bu açıqlamanı APA-ya İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn verib. P. Hüseyn deyib ki, iki aydır kütləvi aksiyaların keçirilməsində fasilə yaranıb: “Bu məsələ bir neçə dəfə İctimai Palatanın Koordinasiya Şurasında müzakirə olunub. Hazırda da kütləvi aksiyaların keçirilməsi məsələsi müzakirə mövzusudur. İctimai Palatada aksiyaların davam etdirilməsi məsələsi gündəmdədir. Aksiyaların yerinin və vaxtının müəyyən edilməsini isə İctimai Palatanın sessiyası Koordinasiya Şurasına həvalə edib”.

P. Hüseyn kütləvi aksiyaların davam etdirilməsi ilə bağlı İctimai Palatada ciddi fikir ayrılığının olmadığını da qeyd edib: “İctimai Palatada bu ilin avqustunda, ən geci isə sentyabrda aksiyaların keçirilməsi barədə təkliflər səslənib. Həmin təklif müzakirə olunur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR