Bakıda Beynəlxalq Gənclər Günü qeyd olunacaq

Bakıda Beynəlxalq Gənclər Günü qeyd olunacaq
# 10 avqust 2012 14:44 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Avropa Hərəkatı və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi Birləşmiş Millətlər Təşkilatının İctimai İnformasiya Departamenti və ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə avqustun 12-də Beynəlxalq Gənclər Gününə həsr olunmuş “Azərbaycan Gənclər Təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi” adlı konfrans keçirəcək. Tədbirin əsas məqsədi uşaq və gənclərin üzləşdikləri problemlərin həlli istiqamətində fəaliyyət göstərən milli və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsidir.
Qeyd edək ki, Beynəlxalq Gənclər Günü BMT Baş Assambleyasının 54/120 saylı qətnaməsi ilə 1999 ildən bəri 12 avqust tarixində qeyd olunur. Beynəlxalq Gənclər Gününün bu ilki mövzusu “Gənclər ilə əməkdaşlıq edərək daha yaxşı dünya quraq”dır.
Tədbirin rəsmi açılışında BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəsi Envera Selimovic, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin sədri Aynurə Piriyeva, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Ramil Məmmədov və bir sıra digər qonaqlar çıxış edəcəklər.
Konfrans Amerika-Azərbaycan Təhsil Mərkəzində keçiriləcək
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR