FHN Mülki Müdafiə Qoşunları tərəfindən Göygöl rayonunda kompleks mülki müdafiə təlimi keçirilib

FHN Mülki Müdafiə Qoşunları tərəfindən Göygöl rayonunda kompleks mülki müdafiə təlimi keçirilib
# 04 avqust 2012 11:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunları tərəfindən Göygöl rayonunda kompleks mülki müdafiə təlimi keçirilib. Bu barədə APA FHN-in qəzetinin saytına istinadən məlumat verib.

"Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda keçirilən təlimə rayon icra hakimiyyətinin mərkəzi aparatı, rayon fövqəladə hallar komissiyası, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə qüvvə və vasitələri, təsərrüfat obyektləri cəlb olunub.

Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, baş vermiş yanğınların söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, partlayış baş vermiş obyektdə kimyəvi kəşfiyyatın təşkili, axtarış-xilasetmə, zərərçəkmişlərə ilk həkim yardımının göstərilməsi, epidemiya və epizootiyaya qarşı mühafizə tədbirləri və adamların təhlükəsiz ərazilərə təxliyəsi işlərinin aparılması ilə bağlı tapşırıqları yerinə yetiriblər.

Kompleks təlimdə rayonun hərbiləşdirilməmiş dəstələrinin 214 nəfər şəxsi heyəti və 31 ədəd texnikası iştirak edib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR