İranlı mühacir İranın İstanbuldakı konsulluğunun binasına Molotov kokteyli atıb

İranlı mühacir İranın İstanbuldakı konsulluğunun binasına Molotov kokteyli atıb
# 05 oktyabr 2012 09:22 (UTC +04:00)
Bakı – APA. İran İslam Cümhuriyyətinin Türkiyənin İstanbul şəhərindəki Baş Konsulluğuna hücum olub. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 07.30-da konsulluq binasına yanıcı və partlayıcı maddə (Molotov kokteyli) atılıb. Binada başlayan yanğın qısa müddətdə söndürülüb.

Hadisə yerinin yaxınlığında “mən atdım” deyən bir nəfər jurnalistlərə yazılı bəyanat paylamağa başlayıb. Polis əməkdaşları dərhal həmin şəxsi yaxalayıblar. Onun 66 yaşlı iranlı yazıçı Cavad Bishetab olduğu müəyyənləşib. Polis idarəsinə aparılan Cavad Bishetab “Məni İrana təhvil verməyin, orada məni öldürəcəklər, cəza veriləcəksə Türkiyədə verin”, deyib. 10 il əvvəl məruz qaldığı siyasi təzyiqlərlə əlaqədar İranı tərk edərək Fransaya gedən Cavad Bishetabın bu ilin mart ayında İranın Ankaradakı səfirliyinə də Molotov kokteyli atdığı ortaya çıxıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR