“Zaminbank”ın vaxtı keçmiş kreditlərin həcmi azalıb

“Zaminbank”ın vaxtı keçmiş kreditlərin həcmi azalıb
# 06 avqust 2015 10:30 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Zaminbank” ın aktivlərinin həcmi 2015-ci ilin II rübündə 502,449 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,25% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 7,84 % artaraq 311,324 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 201,998 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin iyul ayının 1-nə olan göstəriciyə nisbətən 4,19% azdır.

Bankın ipoteka kreditlərinin həcmi iyulun 1-nə 47,385 mln. manat olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 2,35% azdır. İpoteka kreditlərinin 34, 969 mln. manatı (73,80%) ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə 8,96% azalaraq 12,985 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 17,25% azalaraq 85,416 mln. manata düşüb. Əhalinin əmanətlərinin həcmi isə 81,024 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 10,12% azdır.

Bir il ərzində bankın məcmu kapitalı 7,40 % artaraq 62,375 mln. manata çatdığı halda, nizamnamə kapitalı 10,60 % artaraq 52 mln. 182 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 31,34% azalaraq 14,074 mln. manat, xərcləri isə 40,43% azalaraq 8,132 mln. manata çatıb.

Cari ilin ilk altı ayı ərzində bankın əldə etdiyi mənfəət 5,942 mln. manat olub ki, bu da ötən il ilə müqayisədə 13,21% azdır.

Hazırda bankın ölkə üzrə 39 filialı, 39 bankomatı, 1891 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR