“HP” şirkəti Rusiyada rüşvət qalmaqalına görə Kanadadakı kontraktlarından 10 il müddətinə məhrum edilə bilər

“HP” şirkəti Rusiyada rüşvət qalmaqalına görə Kanadadakı kontraktlarından 10 il müddətinə məhrum edilə bilər
# 26 sentyabr 2014 02:30 (UTC +04:00)

Bakı-APA. Kanada hakimiyyəti Hewlett-Packard (HP) şirkətinin dövlət satınalmalarında iştirakına 10 illik qadağa tətbiq edə bilər. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə The Globe and Mail nəşri yazıb. Qeyd olunan qərara səbəb şirkət nümayəndələrinin sərfəli kontraktlara nail olmaq məqsədilə rusiyalı məmurlara rüşvət verməsidir.

“Qurum ABŞ məhkəməsinin “HP Russia”-nın fəaliyyətinə dair hökmünü nəzərdən keçirir. Hazırda bu qərarın “HP” ilə hazırkı və gələcək əməkdaşlığımızda ola biləcək fəsadlar qiymətlədirilir”, deyə Kanadanın dövlət satınalmaları idarəsinin mətbuat xidmətinin rəhbəri Elison Kvin bildirib.

O qeyd edib ki, Kanada yalnız qanuna əməl edən və şəffaf fəaliyyəti ilə seçilən podratçı şirkətlərlə əməkdaşlıq edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR