Şiə qiyamçılar Ədəndə Prezident Sarayını tərk ediblər

Şiə qiyamçılar Ədəndə Prezident Sarayını tərk ediblər
# 03 aprel 2015 13:17 (UTC +04:00)

APA-nın “TASS”-a istinadən verdiyi məlumata görə, əvvəlki prezident Əli Abdulla Salehi dəstəkləyən husilər koalisiya qüvvələrinin onların “Əl-Maaşik” sarayının yerləşdiyi ərazidəki mövqelərinə hava zərbəsi endirməzdən əvvəl geri çəkiliblər. Dövlət başçısının Ədəndə yerləşən bu iqamətgahını “Ənsar-Allah” tərəfdarları yerli sakinlərdən ibarət üsyançılarla qanlı döyüşlər nəticəsində zəbt ediblər. Həmin döyüşlərdə 44 nəfər, o cümlədən, 20 husi həyatını itirib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı Silahlı Qüvvələri Bəhreyn, Qatar, Küveyt, Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə 26 mart tarixində Yəmənin böyük bir ərazisini nəzarət altına alan “Ənsar Allah” qiyamçılarına qarşı əməliyyata başlayıb. Koalisiyaya Misir, İordaniya, Mərakeş, Pakistan və Sudan da qoşulub. Buna baxmayaraq, qiyamçılar ölkənin başqa ərazilərini ələ keçirməkdə davam edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR