ABŞ-Azərbaycan Media Akademiyasının növbəti məzunlarına sertifikatlar verilib

ABŞ-Azərbaycan Media Akademiyasının növbəti məzunlarına sertifikatlar verilib
# 14 may 2012 14:31 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Bu gün Bakıda ABŞ - Azərbaycan Media Akademiyası məzunlarına sertifikatların verilməsi ilə bağlı təqdimat mərasimi keçirilib. APA-nın xəbərinə görə, sertifikatlar ABŞ-ın Azərbaycandakı səfirliyinin və ANS Şirkətlər Qrupunun birgə layihəsi olan Media Akademiyasının builki 6-cı buraxılışının 14 məzununa təqdim olunub.

Mərasimdə çıxış edən ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev Akademiyada indiyədək 100-dən çox peşəkar jurnalistin hazırlandığını deyib. V. Mustafayev Akademiyada jurnalistlərin hazırlanmasında iştirak edən ABŞ və Azərbaycan mütəxəssislərinə təşəkkür edib.

ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay ofisin Azərbaycanda KİV-in inkişafı üçün bir sıra layihələri dəstəklədiyini, reallaşdırdığını qeyd edərək ölkədə peşəkar jurnalistlərə çox böyük ehtiyac olduğunu deyib. K. Tarqay xüsusilə araşdırma jurnalistikası sahəsində peşəkarların hazırlanmasının vacibliyini vurğulayıb, nümunə kimi Çingiz Mustafayevin adını xatırladıb.

Səfir Media Akademiyasının fəaliyyətinin çox yararlı olduğunu da deyib.

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq isə qeyd edib ki, Azərbaycanda müstəqil medianın inkişafı ABŞ hökumətinin ən əsas prioritetlərindən biri olub və belə olaraq qalır: “Mən fəxr edirəm ki, ABŞ belə bir proqramda iştirak edir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR