Azərbaycan prezidenti “Siyasi partiyalar haqqında qanuna dəyişikliklər barədə” qanunun tətbiqi haqqında fərman imzalayıb

Azərbaycan prezidenti “Siyasi partiyalar haqqında qanuna dəyişikliklər barədə” qanunun tətbiqi haqqında fərman imzalayıb
# 11 may 2012 16:53 (UTC +04:00)
APA-nın məlumatına görə, fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində qanunların və Azərbaycan Respublikası Prezidentinin aktlarının bu qanuna uyğunlaşdırılması ilə bağlı təkliflər hazırlayaraq prezidentə təqdim etməlidir. Bundan başqa Nazirlər Kabineti qanunun 21.4-cü maddəsində nəzərdə tutulmuş siyasi partiyaların maliyyə hesabatlarının formasını, məzmununu və təqdim edilmə qaydasını, həmin qanunun 19.6-cı maddəsinin tələbləri nəzərə alınmaqla, müəyyən etməli, bu qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb prezidentə təqdim etməlidir.

Fərmana əsasən müəyyən edilib ki, qeyd olunan qanunun 19.6-cı və 21.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Nazirlər Kabineti, 6-1.2-ci, 12-1.1.3-cü, 14.1-ci, 16.3-cü, 16.4-cü və 16.5-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Ədliyyə Nazirliyi, 12-1.1.2-ci, 17-1.4-cü və 21.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Maliyyə Nazirliyi həyata keçirir.

Fərmanın 3-cü bəndinə əsasən, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların qeyd olunan qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR