Quba-Qusar yolunda iki maşın toqquşub, xəsarət alanlar var

Quba-Qusar yolunda iki maşın toqquşub, xəsarət alanlar var
# 14 may 2012 15:31 (UTC +04:00)
Quba. Vəli Turan – APA. Bu gün günorta saatlarında Quba-Qusar yolunun 8-ci kilometrliyində, Quba rayonunun Xucbala kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. APA-ın şimal bürosunun verdiyi məlumata görə, Qusar rayonunda Quba istiqamətində hərəkətdə olan, Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini, Səbuhi Quluzadənin idarə etdiyi 85 CA 994 dövlət nömrə nişanlı “Ford” markalı avtomobillə Quba rayonunun Alpan kənd sakini Paşa Məmmədovun idarə etdiyi 40 BD 881 dövlət nömrə nişanlı “VAZ 21 06” markalı maşın toqquşub. Qəza nəticəsində “VAZ 21 06”nın sürücüsü və sərnişin 1973-cü il təvəllüdlü Mahir Şirinov müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR