Dələduzluq və digər cinayətlərdə təqsirləndirilən AXCP üzvü məhkəmə zalından azadlığa buraxılıb

Dələduzluq və digər cinayətlərdə təqsirləndirilən AXCP üzvü məhkəmə zalından azadlığa buraxılıb
# 14 may 2012 12:14 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə – APA. Bu gün Naxçıvan Apellyasiya Məhkəməsində dələduzluq və digər cinayətlərdə təqsirləndirilən AXCP üzvü Zeynalabdin Bağırzadənin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. Vəkil Əsabəli Mustafayevin APA-ya verdiyi xəbərə görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin onun barəsində çıxardığı 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 4 il sınaq müddəti olmaqla şərti cəza ilə əvəz olunub. Z. Bağırzadə məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Z. Bağırzadə 2011-ci dekabrın 26-da həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 178.3.2-ci (dələduzluq) maddələri ilə ittiham elan olunub. Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z. Bağırzadə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR