ETSN: Hazırda sürüşmə sahələrində vəziyyət stabildir

ETSN: Hazırda sürüşmə sahələrində vəziyyət stabildir
# 28 iyun 2013 09:47 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanın bütün sürüşmə sahələrində aparılan monitorinqlər tam başa çatdırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov APA-ya açıqlamasında deyib ki, monitorinqlər 3 istiqamət üzrə daha çox sürüşmə zonaları, aktiv çökmə sahələri və magistral yolların olduğu 17 rayonu əhatə edib. Onun sözlərinə görə, monitorinqlər Böyük Qafqazın cənub-şərq yamacındakı sürüşmə sahələrində, cənub zonasında və şimal zonasındakı sürüşmə sahələrində aparılıb: “Monitorinqlər zamanı məlum olub ki, ölkədəki sürüşmə zonalarında ciddi aktivləşmə yoxdur. Bu il Azərbaycandakı sürüşmə zonaları əvvəlki illərlə müqayisədə elə də aktiv deyil. Ötən illər sürüşmə zonalarında daha çox aktivlik qeydə alınıb. Hazırda sürüşmə sahələrində vəziyyət stabildir”.

B.Qaralov qeyd edib ki, növbəti monitorinqlərin avqust-sentyabr aylarında keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR