Toqo prezidenti For Qnassinqbe yeni müddətə seçilib

Toqo prezidenti For Qnassinqbe yeni müddətə seçilib
# 07 mart 2010 04:37 (UTC +04:00)
Bakı-APA. Hazırkı dövlət başçısı For Qnassinqbe Toqoda keçirilmiş prezident seçkilərinin qalibi elan olunub.

APA-nın məlumatına görə, Toqo Mərkəzi Seçki Komissiyası Qnassinqbenin 60%-dən çox, onun rəqibi müxalifətçi Jan-Pyer Fabrenin isə 34%-dən az səs topladıqlarını elan edib. MSK-nın məlumatına görə, seçicilərin 64,68%-i səsvermədə iştirak edib.

Müxalifətçi Jan-Pyer Fabre artıq seçkilərin saxtalaşdırıldığını bəyan edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR