Londonda fəaliyyət göstərən “ARC Music” şirkəti Qoçaq Əsgərovun ifalarından ibarət “Music from Azerbaijan” adlı albom hazırlayıb

Londonda fəaliyyət göstərən “ARC Music” şirkəti Qoçaq Əsgərovun ifalarından ibarət “Music from Azerbaijan” adlı albom hazırlayıb
# 16 may 2008 13:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Londonda fəaliyyət göstərən “ARC Music” şirkəti Azərbaycanda 2006-cı il muğam müsabiqəsinin finalçılarından Qoçaq Əsgərovun ifalarından ibarət “Music from Azerbaijan” adlı albom hazırlayıb. Bu barədə APA-ya məlumat verən muğam ifaçısı bildirib ki, disk Avstraliyanın səsyazma studiyalarının birində buraxılıb. “Sarı gəlin” ansamblının müşayiəti və Qoçaq Əsgərovun ifasında alboma “Mirzə Hüseyn segahı”, “Qaragilə”, “Heydərbaba” xalq mahnıları, “Şüştər” təsnifi və “Şüştər” rəngi, eyni zamanda zərb muğamı “Simayi-Şəms” daxil edilib. Diskə Azərbaycanın ərazi bütövlüyü, onun keçmişi və bu günü, Azərbaycan musiqiçiləri və muğamlar haqqında məlumatların toplandığı kitabça da daxil edilib. Eyni zamanda diskdə yer alan musiqi nömrələri barəsində də nəşrdə məlumatlar yazılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR