Azərbaycanla Ukrayna arasında fond bazarı sahəsində əməkdaşlığa dair memorandum imzalanıb

Azərbaycanla Ukrayna arasında fond bazarı sahəsində əməkdaşlığa dair memorandum imzalanıb
# 29 may 2008 08:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) ilə Ukrayna Qiymətli Kağızlar və Fond Bazarı üzrə Dövlət Komissiyası arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.
QKDK-dək “APA-Economics”ə verilən məlumata görə, sənədi Azərbaycan tərəfindən QKDK-nın sədri Gündüz Məmmədov, Ukrayna tərəfindən isə Qiymətli Kağızlar və Fond Bazarı üzrə Dövlət Komissiyasının sədri Anatoli Balyuk imzalayıblar.
Azərbaycan və Ukraynanın qiymətli kağızlar və fyuçerslər bazarlarında beynəlxalq fəaliyyətin gücləndirilməsini və bu məsələ ilə bağlı informasiya mübadiləsinin artımı nəzərə alınaraq, anlaşma memorandumunda qarşılıqlı əməkdaşlığın prinsipləri, formaları və əlavə sahələri müəyyən edilib, informasiya sorğularının cavablandırılması proseduru dəqiqləşdirilib, qarşılıqlı məlumat mübadiləsi zamanı məxfilik və məlumatdan istifadə qaydaları müəyyənləşdirilib. Eyni zamanda sənəddə ehtimal olunan mübahisəli məsələlər üzrə məsləhətləşmələrin istiqamətləri göstərilib və qarşılıqlı əməkdaşlığın digər istiqamətləri əks olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR