ABŞ dövlət katibi İranla nüvə müzakirələrindən məmnun qalıb

ABŞ dövlət katibi İranla nüvə müzakirələrindən məmnun qalıb
# 27 sentyabr 2013 09:03 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ dövlət katibi Con Kerri İranla “altılıq” ölkələrinin xarici işlər nazirləri arasında Nyu-Yorkda BMT-nin mənzil-qərargahında keçirilmiş nüvə müzakirələrindən danışıb.

APA-nın İran mətbuatına istinadən məlumatına görə, C.Kerri bildirib ki, nüvə müzakirələrində İranın müsbət danışıq tərzindən məmnun qalıb: “Düzdür, bir toplantı ilə hansısa bir nəticə əldə etmək mümkün deyil. Tərəflər arasında razılığın əldə olunması üçün uzun bir yol qət edilməsi lazımdır”.

ABŞ dövlət katibi həmçinin deyib ki, İran öz əməlləri ilə nüvə proqramının şəffaflaşdırmaq istəyində olduğunu göstərməlidir.

Eyni zamanda C.Kerri İran və “altılıq” ölkələrinin xarici işlər nazirlərinin sentyabrın 27-də Nyu-Yorkda keçirilmiş görüşündə iranlı həmkarı Məhəmməd Cavad Zəriflə təkbətək görüşünün olduğunu açıqlayıb: “Biz bu prosesi irəlilətməyə və nüvə proqramı ilə bağlı suallara cavab tapmağa dair razılaşma əldə etdik. Görüləcək işlərimiz hələ çoxdur. Biz cavabların tapılacağına çox ümid edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR