Təhsil Nazirliyi: Yeni sistemin tətbiqi məktəblərdə az dərs yükünə müəllim təyin edilməsinin qarşısını alıb

Təhsil Nazirliyi: Yeni sistemin tətbiqi məktəblərdə az dərs yükünə müəllim təyin edilməsinin qarşısını alıb
# 30 sentyabr 2013 09:16 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi ölkənin bəzi məktəblərində, xüsusilə kənd məktəblərində müəllimlərə az dərs saatının verilməsi məsələsinə aydınlıq gətirib.

Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda qeyd olunub ki, son illər ümumtəhsil məktəblərinə pedaqoji kadrların işə qəbulu yeni qaydalar əsasında həyata keçirilir.

Vakant yerlərə test yoxlamasının nəticələrinə görə müəllim təyin edilir. Fənlər üzrə vakant yer isə 18 saatdan az olmamaqla müəyyənləşdirilir. Belə bir sistemin tətbiqi məktəblərdə az dərs yükünə müəllim təyin edilməsinin qarşısını xeyli alıb. Kənd məktəblərində isə müəllimlərin dərs yükü bir qayda olaraq bir stavkadan yuxarı olur.

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov bir müddət öncə mətbuata verdiyi açıqlamasında bildirib ki, Təhsil Nazirliyinin apardığı təhlillər nəticəsində Azərbaycanda müəllimlərin 64%-nin 17 saatdan az dərs yükünə malik olduğu məlum olub. Təxminən 4% müəllimlər isə həftədə 1 saatdan 5 saatadək dərs yükü götürüb. Bütün bunları nəzərə alan Təhsil Nazirliyi sistemdə olan müəllimlərin dərs yükünün artırılması üçün əlavə imkanların yaradılması məsələsini daim diqqət mərkəzində saxlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR