Azərbaycanda sənaye mal ehtiyatları indeksi hələ də mənfidir

Azərbaycanda sənaye mal ehtiyatları indeksi hələ də mənfidir
# 24 sentyabr 2013 08:10 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda sənaye istehsalında mal ehtiyatları indeksi 2013-cü il sentyabr ayının 1-nə mənfi 10,1% təşkil edib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks avqustun əvvəlində mənfi 7,7%-ə bərabər olub.

Mal ehtiyatları indeksi sənaye müəssisələrinin anbarlarında qalan hazır məhsul ehtiyatlarının ay ərzində dinamikasını əks etdirir. Göründüyü kimi, indeks mənfidir ki, bu da anbarlarda mal ehtiyatların azalmasını göstərir. Belə ki, 2013-cü il sentyabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 280,2 mln. manat həcmində hazır məhsul ehtiyatı olub ki, bu da avqustun 1-nə nisbətən 31,6 mln. manat azdır.

Qeyd edək ki, sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatlarının azalması makroiqtisadi baxımından müsbət göstərici hesab olunur, çünki ilk növbədə istehlakın artmasından xəbər verir. Eyni zamanda bu, istehsalın azalmasının nəticəsi də ola bilər. Avqust ayında sənaye sahəsində (mədənçıxarma və emal sənayesi) aylıq müqayisədə istehsalın dəyəri 2,593 mln. manatdan 2,719 mln. manatadək artıb. Beləliklə, sənaye istehsalında mal ehtiyatlarının artması məhz istehlakçılara məhsul təchizatının artması ilə bağlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR