Təhsil sahəsi üzrə iki yeni əsasnamə təsdiq edilib

Təhsil sahəsi üzrə iki yeni əsasnamə təsdiq edilib
# 03 iyul 2014 13:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə “Ali təhsil müəssisində təhsilalanların elmi tədqiqat işinin təşkili haqqında Əsasnamə” və “Tələbə Elmi Cəmiyyəti haqqına Nümunəvi Əsasnamə”si təsdiq edilib.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, “Ali təhsil müəssisində təhsilalanların elmi tədqiqat işinin təşkili haqqında Əsasnamə”sində təhsilalanların elmi tədqiqat işi sisteminin metodoloji əsasları, tələbələrin elmi tədqiqat işinin məqsəd və vəzifələri, təşkili, maliyyələşdirilməsi, tələbələrin və müəllimlərin rəğbətləndirilməsi kimi məsələlər əks olunub.

Əsasnaməyə görə, elmdə və təhsilalanların elmi tədqiqat işinin təşkilində (TETİ) əldə etdikləri nailiyyətlərə görə tələbələr ali təhsil müəssisəsinin rəhbərliyi tərəfindən Fəxri Fərman, diplom, qiymətli hədiyyələr, pul mükafatları, pulsuz istirahət putyovkaları və s. ilə rəğbətləndirilə bilər. Elmi nailiyyətlər qazanmış tələbələr xarici ölkələrdə keçirilən elmi

olimpiada, konfrans, müsabiqə və sərgilərdə iştirak etmək üçün ali təhsil müəssisəsinin vəsaiti hesabına göndərilə bilər. Fəal elmi işlə məşğul olan və təhsildə yüksək göstəricilər əldə edən tələbələrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada adlı təqaüdlər verilə bilər.

Kafedra və elmi tədqiqat laboratoriyalarında yerinə yetirilən TETİ ilə bağlı tələb olunan xərclər ali təhsil müəssisəsinin əldə etdiyi gəlirlər, o cümlədən qrantlar və qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir. TETİ-nin yerinə yetirilməsi üçün vəsaitlərin ayrılmasına və xərclənməsinə nəzarət rektorluq tərəfindən həyata keçirilir. TETİ-yə cəlb edilən tələbələr ali təhsil müəssisəsinin elmi və tədris hissələrinin avadanlıqlarından, qurğularından, hesablama texnikasından, internetindən və s. istifadə edirlər. Kafedra və elmi bölmə rəhbərləri tərəfindən tələbələr ödənişli əsaslarla aparılan elmi tədqiqat işlərinə cəlb oluna və əmək haqqı ala bilərlər. Ali təhsil müəssisələri tələbələr üçün qrant müsabiqələri təşkil edə bilər. Müsabiqənin keçirilməsi və maliyyələşdirilməsi müvafiq əsasnamə ilə tənzimlənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR