Moskvanın Cənub Federal Dairəsinin polis rəisi işdən çıxarılıb - FOTO

Moskvanın Cənub Federal Dairəsinin polis rəisi işdən çıxarılıb - <span style="color: red;">FOTO
# 30 oktyabr 2013 10:04 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Moskva şəhərinin Cənub Federal Dairəsinin polis rəisi vəzifəsindən çıxarılıb. APA-nın Mosva müxbirinin verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, prezidentin imzaladığı əmrlə Moskva şəhərinin Cənub Federal Dairəsinin polis rəisi, general-mayor Aleksandr Podolnıy tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, A. Podpolnıy bu vəzifəyə 2011-ci ilin iyun ayında təyinat alıb. Onun Qərbi Biryulevoda baş verən iğtişaşlarla bağlı vəzifəsindən çıxarıldığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR