Dövlət Komitəsi Azərbaycanda uşaqların ailələrə verilməsi prosedurunun sadələşdirilməsini təklif edir

Dövlət Komitəsi Azərbaycanda uşaqların ailələrə verilməsi prosedurunun sadələşdirilməsini təklif edir
# 01 iyun 2013 08:20 (UTC +04:00)

APA-nın xəbərinə görə, Komitə sədri Hicran Hüseynova bildirib ki, artıq Komitə tərəfindən bununla bağlı təkliflər hazırlayıb: “Çox yaxşı olardı ki, qanunlar daha sadə olsun və insanlar övladlığa daha çox uşaq götürə bilsinlər. Digər tərəfdən dövlət tərəfindən bu uşaqlar qayğı ilə əhatə olunur. Uşağı hər adama övladlığa vermək olmaz. Bu, çox çətin məsələdir. Biz beynəlxalq təcrübəni də öyrənmişik. Uşağın veriləcəyi ailənin psixoloji mühiti dərindən araşdırılmalıdır. Elə hallar olur ki, biz uşağı övladlığa vermişik, yarım ildən sonra qaytarıblar ki, biz bu uşağa baxa bilmirik. Belə halda uşaq iki dəfə mənəvi zədə alır. Bu sahədə xeyli problem var. Buna baxmayaraq, biz istəyərdik ki, uşaqların övladlığa verilməsi üçün daha çox imkan olsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR