Nazir Fizuli Ələkbərov Göyçayda vətəndaşları qəbul edib

Nazir Fizuli Ələkbərov Göyçayda vətəndaşları qəbul edib
# 07 avqust 2013 16:05 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov avqustun 7-də Göyçayda vətəndaşları qəbul edib.

APA-nın məlumatına görə nazir qəbul zamanı Ağsu, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Zərdab, Qobustan, Şamaxı, Yevlax və İsmayıllı rayonlarının sakinlərinin şikayət və təkliflərini dinləyib. Vətəndaşlar ünvanlı dövlət sosial yardım, əlillik arabasının alınması, əlillik qruplarının təyinatı, işə düzəlmə və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər.

Nazir Fizuli Ələkbərov müraciətlərdə əksini tapan məsələlərin qısa vaxt ərzində araşdırılaraq obyektiv və ədalətli şəkildə həllini tapması barədə müvafiq struktur bölmələrinə tapşırıqlar verib. Müraciətlərdən bəziləri elə yerindəcə həllini tapıb. Nazir Fizuli Ələkbərov digər məsələlərin nazirlikdə araşdırılaraq vətəndaşların müraciətlərinin müsbət həlli üçün müvafiq tapşırıqlar verib. Aidiyyəti üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Bununla yanaşı, aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən «Özünədəstək» proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik aztəminatlı ailələr də müəyyən olunaraq, onların aktiv sosial müdafiə tədbirlərinə cəlb edilməsi qərara alınıb. Qəbulda 70-ə yaxın vətəndaş iştirak edib. Vətəndaşlar onlar üçün yaradılan şəraitdən razılıqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR