Bakıda "Mercedes" markalı minik avtomobili yanıb

Bakıda "Mercedes" markalı minik avtomobili yanıb
# 31 oktyabr 2013 19:35 (UTC +04:00)

Bakı-APA. Bakıda bu gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan avtomobil təmiri sexində baş verib. Nəticədə obyektin içərisində təmirə dayanmış vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Sex və içərisində olan 5 ədəd avtomobil yanğından mühafizə olunub.

Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR