Xocalı soyqırımının qurbanları Qarsda anılıb - FOTO

Xocalı soyqırımının qurbanları Qarsda anılıb - <span style="color: red;">FOTO
# 27 fevral 2014 02:20 (UTC +04:00)

Konsulluqdan APA-ya verilən məlumatda bildirilir ki, Azərbaycanın Qars şəhərindəki Baş konsulu Ayxan Süleymanov konsulluğun əhatə dairəsinə daxil olan vilayətlərin KİV-nə Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar mətbuat açıqlaması verib.

Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı fevralın 24-də t Baş Konsulluğun inzibati binasında anım mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Baş konsul A.Süleymanov Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu qeyd edərək, faciə qurbanlarına qarşı erməni faşistləri və bilavasitə onların havadarları olan keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən törədilmiş vəhşiliklərdən söz açıb. A.Süleymanov Xocalı soyqırımına ilk dəfə hüquqi qiymət Ümummmili Lider Heydər Əliyev tərəfindən verildiyini və 1994-cü il fevralın 24-də Ulu Öndərin imzaladığı fərmanla həmin gün xalqımıza qarşı törədilən soyqırımı aktı kimi qeyd edilməyə başlandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Baş konsul Xocalı soyqırımı ilə bağlı ABŞ-ın 10-a yaxın ştatının qanunverici orqanlarında, habelə bir çox dövlətlərin parlamentlərində qətnamələrin qəbul olunduğunu vurğulayıb.

Tədbir zamanı Kars vilayətinin valisi Eyup Təpə tədbirdə iştirak edə bilmədiyi üçün Xocalı faciəsi ilə bağlı Azərbaycan xalqına və Baş Konsulluğun ünvanına göndərdiyi başsağlığı məktubunun mətni qonaqlar qarşısında oxunub.

Sonra söz Azərbaycan Kültür və Dayanışma Dərnəyinin (Mədəniyyət və Həmrəylik Dərnəyi) rəhbəri Göksal Kayğısıza verilib. Çıxış edən natiq erməni terrorçularının Xocalı şəhərini tamamilə yer üzündən sildiklərini, əsir düşmüş insanlara misli görülməmiş əzab verdiklərini vurğulayıb. G.Kayğısız həmçinin Xocalı şəhərinin sakinlərinə qarşı törədilmiş hadisənin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri olduğunu qeyd etmişdir.

Çıxışlardan sonra Xocalı faciəsinin 22-cü ildönümü ilə əlaqədar türk dilində sənədli film və Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatı Gənclər Forumunun əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində ingilis dilində hazırlanmış klip nümayiş etdirilib. Mərasim iştirakçıları Baş Konsulluq tərəfindən hazırlanmış fotostend, eləcədə Xocalı Soyqırımı və Dağlıq Qarabağ münaqişəsini əks etdirən kitab və jurnallar ilə tanış olublar.

Bundan əlavə, türk dilində nəşr olunmuş Xocalı Soyqırımı, Dağlıq-Qarabağ münaqişəsi və erməni terrorçuları tərəfindən törədilən hərəkətlərə dair “İrs Miras” adlı jurnalın 1(5) saylı buraxılışı qonaqlara paylanılıb.

Həmçinin, Xocalı Soyqırımının 22-ci ildönümü ilə bağlı Baş Konsulluğun təşəbbüsü ilə Qars şəhərində yerləşən Qafqaz Universitetinin bir qrup fəal azərbaycanlı tələbələri fevralın 26-da Qars şəhərinin ən izdihamlı küçəsində yerli vaxtla saat 12:00-da Xocalı şəhidlərinin ruhunu bir dəqiqəlik sükutla anıblar və mətbuat açıqlaması veriblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR