Ötən il Azərbaycanda toyuq dönəri satışı ilə məşğul olan 50-dən artıq obyekt bağlanıb

Ötən il Azərbaycanda toyuq dönəri satışı ilə məşğul olan 50-dən artıq obyekt bağlanıb
# 11 aprel 2014 11:40 (UTC +04:00)

APA-nın xəbərinə görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Sialə Rüstəmova jurnalistlərə açıqlamasında deyib ki, monitorinqlər zamanı qanunsuz toyuq dönəri satışı ilə bağlı hallar aşkarlanırsa, həmin dönərxananın bağlanmasına qərar verilir, müəssisəyə qarşı da sərt cəza tədbirləri görülür. Onun sözlərinə görə, ötən il ərzində birgə verilən qərara əsasən, toyuq dönəri satışı ilə məşğul olan 50-dən artıq obyekt bağlanıb.

Qanunsuz ət kəsimi aparan yerlərdə keçirilən yoxlamalara gəlincə, S. Rüstəmova əlavə edib ki, bununla bağlı bütün rayonlarda monitorinqlər davam etdirilir: “Bununla bağlı kənd təsərrüfatı naziri Heydər Əsədovun da tapşırığı odur ki, ət kəsimi müəssisələrinə ciddi nəzarət olunsun. Yerlərdə baytarlar gücləndirilmiş iş rejimi ilə çalışırlar. Yararsız halda və mənşəyi məlum olmayan tonlarla ətlərə gəlincə, sonuncu dəfə Bərdə rayonunda görülən tədbirdən sonra bu günə kimi belə hallar müşahidə olunmayıb. Bu məsələ də daima Dövlət Baytarlıq Xidmətinin nəzarətindədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR