Bakı-Ceyhan kəməri ilə neftin nəqli azalıb

Bakı-Ceyhan kəməri ilə neftin nəqli azalıb
# 07 fevral 2014 07:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 403 445 ton Azərbaycan nefti nəql olunub.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,7% azdır.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il fevral ayının 1-ə qədər BTC-yə 237 545 038 ton neft vurulub.

Bundan başqa, cari ilin yanvar ayında BTC kəməri ilə 250 462 ton Türkmənistan və 238 399 ton Qazaxıstan nefti nəql olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR