Hacı Allahşükür Paşazadə və bir qrup ziyalı qərb bölgəsinə səfər edib - FOTOSESSİYA - VİDEO

Hacı Allahşükür Paşazadə və bir qrup ziyalı qərb bölgəsinə səfər edib  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 09 sentyabr 2013 17:31 (UTC +04:00)

Ağstafa. Azər Məmmədli – APA. Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə və bir qrup ziyalı Ağstafa və Qazax rayonuna səfər edib. APA-nın verdiyi məlumata görə, nümayəndə heyəti ilk olaraq Ağstafa rayonunda olub. Rayonda aparılan abadlıq quruculuq işləri ilə tanış olan aqsaqqallar Azərbaycanın bölgələrinin sürətlə inkişaf etdiyinin şahidi olduqlarını bildirib.

Sonra qərb regionunun ağsaqqalları ilə görüş keçirilib. Görüşdə ağsaqqalların cəmiyyətdə tarixi missiyası, yeni dövrdə vəzifələri, yeri və rolu haqda danışılıb. Şuranın sədri Fəttah Heydərov deyib ki, ağsaqqallar gənclər üçün kamil örnək nümunəsi olmalıdır.

Ağsaqqal Şurasının üzvləri tədbirdə “Gənclər ağsaqqallardan nəyi əxz etməlidir”, “Azərbaycan ağsaqqalı gənclikdən nə gözləyir”, “Mənəviyyat, ictimai fəaliyyət və ümumiyyətlə cəmiyyət həyatının əsas sahələrində ənənə ilə yeniliyi bir-birinə necə uzlaşdırmaq, qovuşdurmaq olar” mövzularında çıxış ediblər. Cıxışçılar həmçinin ağsaqqallarla gənclərin daim görüşmələrinə ehtiyac olduğunu bildirib.

Qeyd edək ki, görüşdən sonra Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə və digər qonaqlar Qazax rayonuna səfər edəcək. Onlar orada yerləşən məscidləri ziyarət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR