Azərbaycan və ABŞ müdafiə nazirlikləri arasında imzalanmış sazişin müddəti uzadılıb

Azərbaycan və ABŞ müdafiə nazirlikləri arasında imzalanmış sazişin müddəti uzadılıb
# 27 dekabr 2013 09:57 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin iclasında “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında Sazişin (USA-AZE-02) təsdiq edilməsi barədə” sənəd müzakirə olunub. APA-nın xəbərinə görə, iclasda bildirilib ki, sənəd faktiki olaraq 10 il əvvəl imzalanmış sazişin müddətinin daha 5 il uzadılmasını nəzərdə tutur. Sazişin Azərbaycan üçün mühüm əhəmiyyətə malik olduğunu vurğulayan deputatlar sənədin ratifikasiya olunmasını vacib sayıblar. Sənəd səsə qoyularaq ratifikasiya edilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR