Azərbaycan yeni kombaynlar almağa hazırlaşır

Azərbaycan yeni kombaynlar almağa hazırlaşır
# 17 iyul 2013 15:49 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycan bu il xaricdən daha 150 yeni taxılyığan kombayn alacaq. Bu, «Aqrolizinq» ASC-yə dövlət başçısının sərəncamı ilə ayrılan 15 mln. manat hesabına reallaşacaq.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev «APA-Economics»ə bildirib ki, ümumilikdə, hazırda ölkədə 2 660 kombayn var və bu texnikanın 1 300-dən çoxu və ya 50%-i yeni kombaynlardır.

Nazirlik rəsmisi bu il ölkədə kombayn çatışmazlığı olduğunu etiraf edib: «Bu problemlə bağlı Kənd Təsərrüfatı Nazirliyi və «Agrolizinq» ASC qərargahlar yaradıb. Texnikanı «Aqrolizinq» və Yaponiya hökumətinin qrantı hesabına alınır. Qeyd etdiyim yeni kombaynlardan başqa, qalanları 20 ildən artıq - SSRİ dövründən istismar olunan köhnə texnikadır».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR