Bu gündən rezidenturaya qəbul olanların qeydiyyatı başlayıb

Bu gündən rezidenturaya qəbul olanların qeydiyyatı başlayıb
# 17 sentyabr 2013 12:32 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyi 2013/2014-cü tədris ili üçün rezidenturaya qəbul olunan tələbələrə müraciət edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, rezidenturaya qəbul olmuş şəxslər lazımi sənədləri bu gündən başlayaraq sentyabrın 23-dək Səhiyyə Nazirliyinə (Akad. M. Mirqasımov 1A küç., otaq 108. Tel: 565-12-58, 441-26-03 (daxili 108) təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.

Sənədlərin qəbulu üçün sənədlər və lazım olan sənədlərin cədvəli Səhiyyə Nazirliyinin saytında əks olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR